Hər gecə uca və müqəddəs Rəbbimiz gecənin son üçdə birində dünya səmasına enərək
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Hər gecə uca və müqəddəs Rəbbimiz gecənin son üçdə birində dünya səmasına enərək deyir: “Mənə dua edən varmı duasını qəbul edim? Məndən istəyən varmı ona istədiyini verim? Məndən bağışlanma diləyən varmı onu bağışlayım?"
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Şərh (izah)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, hər gecə, uca və müqəddəs Rəbbimiz gecənin son üçdə bir hissəsində dünya səmasına enərək, qullarını Ona dua etməyə çağırır, çünki O qulun duasını qəbul edəndir. İstəklərini Ondan diləməyə təşviq edir, çünki O istəkləri yerinə yetirəndir. Günahlarının bağışlamasını Ondan diləməyə çağırır, çünki O mömin qullarını bağışlayandır.
Hadeeth benefits
Gecənin son üçdə biri hissəsinin fəziləıtinə görə həmin vaxt namazın, duanın və istiğfarın önəmli olması.
İnsan bu hədisi eşitdikdə duanın qəbul olma vaxtlarından faydalanmağa həris olmalıdır.
Share
Use the QR code to easily share the message of Islam with others