- Tövbə qapısı açıq olduğu müddətdə qəbul olunmağa davam edər. Günəşin qərbdən çıxması ilə onun qapısı bağlanar. Bir də, ölüm qarqarasından əvvəl- ruh boğaza yetişməzdən əvvəl insanın tövbə etməsi (qəbuldur).
- Günaha görə ümidsizliyə düşmək olmaz. Çünki, Pak olan Allahın bağışlaması və rəhməti genişdir və tövbə qapısı açıqdır.
- Tövbənin şərtləri: Birincisi: günahı tərk etmək, ikincisi: günah etdiyinə görə peşman olmaq, üçüncüsü: əgər günah Uca Allahın haqlarındandırsa, ona bir daha qayıtmamağa əzmli olmaq, yox əgər qulların haqlarından olan bir haqla əlaqəlidirsə, tövbənin düzgün olması üçün həmin haqqı sahibinə qaytarmaq və ya haqq sahibinin onu bağışlaması şərtdir.