- Yaxşılığı əmr etmək, cahil və qafilləri doğru yola yönəltmək üçün tələsməyin vacibliyi, xüsusən də münkər (şərr, pislik, haram) onun ibadətinin fəsadına səbəb olarsa.
- Dəstəmaz əzalarını tam yumaq vacibdir və kim bu əzaların müəyyən bir hissəsini -az da olsa- tərk edərsə (yumazsa), onun dəstəmazı səhih olmaz və dəstəmazdan sonra çox vaxt keçibsə, dəstəmazı yenidən almalıdır.
- Dəstəmazı gözəl şəkildə almaq şər'i tələbdir. Bu isə şəriətin əmr etdiyi şəkildə dəstəmazı tamamlamaq və dəstəmaz əzalarını tam yumaqla olur.
- Ayaqlar dəstəmaz üzvlərindəndir və onların üzərinə məsh çəkmək kifayət etmir, əksinə onları yumaq lazımdır.
- Dəstəmaz əzaları arasında fasilə verilmədən ardıcıllıq olmalıdır. Yəni hər bir üzv öncəki üzv qurumadan əvvəl yuyulmalıdır.
-
- Cahillik (bilməməzlik) və unutqanlıq vacib olan şeyləri hökmdən salmır, sadəcə olaraq günahı qaldırır. Cəhaləti səbəbi ilə dəstəmazını düzgün yerinə yetirməyən bu kişi üçün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) vacibi-dəstəmazı hökmdən salmadı, əksinə olaraq ona təkrar dəstəmaz almağı əmr etdi.