- Böyük cənabətdən qüsl almayınca (çimmək), sidik və nəcis ifrazından dəstəmaz alıb təmizlənməyincə, namaz qəbul olunmaz.
- Dəstəmaz: suyu götürərək, ağızda bütünlüklə dövr etdirmək və çıxarmaq, sonra nəfəsi ilə suyu burnunun içinə çəkmək, sonra çıxarmaq, sonra üç dəfə üzünü yumaq, sonra əlləri dirsəklər də daxil olmaqla üç dəfə yumaq, sonra bütün başına bir dəfə məsh çəkmək, sonra üç dəfə ayaqları topuqlar da daxil olmaqla yumaqdır.