- Söz gəzdirmək və sidikdən təmizlənməmək böyük günahlardandır və qəbir əzabının səbəblərindəndir.
- Pak olan Allah qəbir əzabı kimi bəzi qeybi məsələləri, Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin əlamət olaraq izhar edir.
- İki xurma budağını kəsib qəbrin üstünə qoymaq kimi bu əməl Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) xasdır. Çünki Allah Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) qəbirdəki iki insanın halından xəbər verib, ona görə də heç kəs onunla müqayisə oluna bilməz, çünki qəbirdəki insanların halını heç kim bilmir.