- Gecə yuxusundan oyandıqdan sonra əllərin qaba salmazdan öncə yuyulması vacibdir. Yuxu xaricindəki hər hansi bir zamanda isə dəstəmaz almağa başlamadan əvəll əllərin qaba salmazdan öncə yuyulması isə müstəhəbdir.
- Müəllim dərsi, tələbənin bildiyi ən asan şəkildə və onun anlayıb qavraya biləcəyi ən rahat yolla izah etməlidir. Dərsin əməli şəkildə izah edilməsi də bu qəbildəndir.
- Namaz qılan insan dünya işləri ilə bağlı düşüncələrdən uzaq durmalıdır. Namazın kamil və tam olması qəlbin namazda hazır olmasına bağlıdır. Əks təqdirdə insanın düşüncələrdən qurtulaması çətindir. Bundan dolayı namaz qılan insan nəfsiylə mücadələ etməli və bu düşüncələri davam etdirməməlidir.
- Dəstəmaz alarkən sağdan başlamaq müstəhəbdir.
- Madmada (yəni: suyu ağıza daxil etmək və orada hər tərəfə dövr etdirmək sonra ağızdan çıxarmaq), istinşaq (yəni: sağ əli ilə suyu, hava ilə birğə buruna çəkmək) və istinsar (yəni: suyu burnuna çəkdikdən sonra sol əli ilə suyu burnundan ixrac etmək) arasındakı sıralamaya əməl etmək buyurulmuşdur.
- Dəstəmaz alarkən: üzün, əllərin və ayaqların üç dəfə yuyulması müstəhəbdir. Vacib olan isə bu əzaların bir dəfə yuyulmasıdır.
- Uca Allahın keçmiş günahları bağışlaması iki şeyin gerçəkləşməsinə bağlıdır: hədisdə bildirildiyi kimi dəsəmaz almaq və iki rükət namaz qılmaq.
- Dəstəmaz əzalarından hər birinin müəyyən həddi vardır. Üzün uzununa həddi: Saçların başlanğıcından çənənin altına, eninə həddi isə bir qulaqdan o biri qulağa qədərdir. Əlin həddi: Barmaq uclarından dirsəklərlə qədər olan hissəsidir. Dirsək, qol ilə bilək arasında olan büküyün bayır hissəsinin adıdır. Başın həddi: Saçın adətən bitdiyi yerdən, saçın ön hisssi ilə boynun ən hündür yerinə qədərdir. Qulaqların məsh edilməsi də başdan sayılır. Ayaqların həddi: Baldırla ayaq arasında olan topuqlar daxil olmaqala ayağın bütün hissəsidir.