/ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarını) iki dəfə yuyaraq dəstəmaz aldı

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarını) iki dəfə yuyaraq dəstəmaz aldı

Abdullah bin Zeyddən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarını) iki dəfə yuyaraq dəstəmaz aldı.
Əl-Buxari rəvayət etdi

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzən dəstəmaz alarkən hər bir dəstəmaz azasını iki dəfə yuyardı. Üzünü -ağıza və buruna su çəkmək də buna daxildir- qollarını və ayaqlarını iki dəfə yuyardı.

Hadeeth benefits

  1. Dəstəmaz azalarının bir dəfə yuyulması vacibdir. Bir dəfədən artıq yuyulması isə müstəhəbdir.
  2. Bəzən dəstəmaz azalarının iki dəfə yuyulması caizdir.
  3. Dəstəmaz alarkən başa bir dəfə məsh edilir.