- Hədis Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin sübutlarındandır, çünki ümmətində baş verəcək hadisələr barədə verdiyi məlumatlar, söylədiyi kimi də olmuşdur.
- Müsibətə düçar ola biləcək şəxsə, başına gəldiyi zaman ona hazır olması məqsədi ilə və səbr edib mükafat umması üçün, gözlənilən müsibət barədə ona məlumat verməyin icazəli olması.
- Quran və sünnəyə sarılmaq fitnə və ixtilafdan çıxış yoludur.
- İnsanları rəhbərlərinə günah olmayan işlərdə tabe olmağa və itaət etməyə, haqsızlıq etsələr belə, onlara qarşı üsyan etməməyə təşviq.
- Fitnə zamanı hikmətli olmaq və sünnəyə əməl etmək.
- İnsan, özünə qarşı haqsızlıq edilsə belə üzərində olan haqqı yerinə yetirməlidir.
- Hədisdə "İki şərdən ən az olanı və ya iki zərərdən ən yüngül olanı seçilir" qaydasına dəlil vardır.