- Bu hədis Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) öz Rəbbindən rəvayət etdiyi hədislərdən biridir, Qüdsi və ya ilahi hədis adlanır. Bu, mənası və sözləri Allah tərəfindən olan hədisdir. Lakin bu hədislərdə, Qurana xas olan və quranı başqalarından fərqlənirən xüsusiyyətlər yoxdur. Məsələn, onu oxumaqla ibadət etmək, onun üçün pak olmaq, onunla meydan oxumaq, möcüzəvi olması və s.(bu xüsusiyyətlər yalnız Qurana xasdır, qüdsi hədisdə yoxdur).
- Allahın dostlarına əziyyət verməyin qadağan edilməsi, onları sevmək və fəzilətlərini etiraf etməyə isə təşviq etmək.
- Allahın düşmənləri ilə düşmənçilik etməyin əmr olunması və onlarla dostluq etməyin qadağan olunması.
- Hər kim Allahın şəriətinə tabe olmadan Onun dostu olduğunu iddia edərsə, O, iddiasında yalançıdır.
- Allahın dostluğu vacibləri yerinə yetirmək və haramları tərk etməklə əldə edilir.
- Allahın qulu sevməsinin və onun duasına cavab verməsinin səbəblərindən biri də, vacibləri yerinə yetirib, haramları tərk etdikdən sonra nafilə (vacib olmayan əlavə) ibadətlər etməkdir.
- Allah dostlarının şərəfinə və onların Allah qatında yüksək məqama sahib olmalarına işarə.