/ onlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) on ayə öyrənərdilər və bu ayələrdəki elm və əməli həyatlarında tətbiq etməyincə digər ayələrə keçməzdilər

onlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) on ayə öyrənərdilər və bu ayələrdəki elm və əməli həyatlarında tətbiq etməyincə digər ayələrə keçməzdilər

Əbu AbdurRahmən Əs-Suləmidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sahabələrindən bizə Quran öyrədənlər danışırdılar ki, onlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) on ayə öyrənərdilər və bu ayələrdəki elm və əməli həyatlarında tətbiq etməyincə digər ayələrə keçməzdilər. Onlar- Bu sayədə elm və əməli öyrəndik-deyərdilər.
Əhməd rəvayət etdi

Şərh (izah)

Sahabələr (Allah onlardan razı olsun) Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) Quranın on ayəsini öyrənərdilər. Bu on ayədəki elmi öyrənib, həmin ayələrə əməl etmədən başqasına keçməzdilər. Ona görə də, elmi və əməli birikdə öyrənərdilər.

Hadeeth benefits

  1. Sahabələrin (Allah onlardan razı olsun) fəziləti və onların Quran öyrənməyə hərislikləri.
  2. Quranı öyrənmək, elm və ayələrə əməl etməklə olur, sadəcə oxumaq və əzbərləməklə deyil.
  3. Elm, sözdən və əməldən öncədir.