- Yaxşı günlərə şükür etmək və çətinliyə səbr etməyin fəziləti. Hər kim bunu edərsə, hər iki dünyanın xeyrinə nail olar. Hər kim nemətə şükr və müsibətə səbr etməzsə, savabdan məhrum olar və günah qazanar.
- İmanın fəziləti və hər bir halda mükafatın yalnız iman sahiblərinə aid olması.
- Yaxşı günlərdə şükr etmək, sıxıntıda isə səbr etmək möminlərin xüsusiyyətlərindəndir.
- Özünə bir zərər toxunduğu zaman daim qəzəb içində olan kafirdən fərqli olaraq, Allahın qəza və qədərinə iman, mömini bütün hallarında tam razı salır. Kafir Allahdan bir nemət əldə edərsə, bu onu nəinki Allaha itaətdən yayındırar, üstəlik bu neməti Ona asi olmağa sərf edər.