Allah kimə xeyir istərsə, onu müsibətlə imtahana çəkər
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Allah kimə xeyir istərsə, onu müsibətlə imtahana çəkər."
Əl-Buxari rəvayət etdi
Şərh (izah)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah mömin qullarından birinə xeyir istərsə, onu özü ilə, var-dövləti ilə, ailəsi ilə imtahana çəkər. Nəticə olaraq mömin də, günahlarının təmizlənməsi və dərəcəsinin artması üçün duaya sarılar.
Hadeeth benefits
Həqiqətən mömin müxtəlif növ bəlalara məruz qalır.
Bəla, müsibət Allahın qulunu sevməsinin işarəsi ola bilər. Onun dərəcəsini artırar, məqamını yüksəldər və günahlarını silər.
Müsibətlərə səbr etməyə və dözümlüyə təşviq.
Share
Use the QR code to easily share the message of Islam with others